ArazNews
Ana Səhifə / Bölgə / Yəmənin legitim hökuməti husilərə qarşı genişmiqyaslı əməliyyatın başladığını elan edib
Bölgə

Yəmənin legitim hökuməti husilərə qarşı genişmiqyaslı əməliyyatın başladığını elan edib

Yəmənin legitim hökuməti husilərə qarşı genişmiqyaslı əməliyyatın başladığını elan edib

Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi bazar günü husilərin nəzarətində qalan ərazilərin geri alınması və dövlət suverenliyinin bütün Yəmənə yayılması məqsədilə genişmiqyaslı hərbi əməliyyatın başladığını açıqlayıb.

Əl-Əlimi televiziya müraciətində silahlı qüvvələrə, təhlükəsizlik qüvvələrinə və digər hərbi birləşmələrə təsdiq edilmiş plan əsasında əməliyyatlara başlamaq əmri verildiyini və bu əməliyyatın husilərin nəzarətindəki ərazilər geri alınana qədər davam edəcəyini bildirib. O deyib ki, bu qərar «gərginliyin azaldılması imkanları tükəndikdən sonra» qəbul edilib.

Yəmən Rəhbərlik Şurasının sədri həmçinin silahını yerə qoyan və husilərin sıralarını tərk edən şəxslərin elan olunmuş mexanizm əsasında geri qayıtmaq və əfvdən yararlanmaq imkanı olacağını bildirib. Əməliyyatın rəsmi elanı son günlərdə Taizdə və digər cəbhələrdə döyüşlərin, eləcə də Səna və Saadada husilərin mövqelərinə endirilən hava zərbələrinin kəskin şəkildə artdığı bir vaxta təsadüf edir.