Nüvə mühərrikli «USS George H. W. Bush» təyyarədaşıyan gəmisi Yaxın Şərqdə aylarla davam edən əməliyyatlardan və İranla münaqişə zamanı Ərəbistan dənizində fəaliyyətdən sonra təxminən 4800 nəfərlik heyəti ilə Taylandın Puket sularına çatıb.
Reuters-in məlumatına görə, gəmi oktyabrın 4-də, bazar günü Puket limanı yaxınlığında lövbər salıb. Heyətin oktyabrın 9-dək istirahət və əyləncə məqsədilə bu adada qalması nəzərdə tutulur.
Bu səfər «USS Abraham Lincoln» təyyarədaşıyan gəmisinin Laem Çabanq limanında beşgünlük dayanacağından bir ay sonra baş tutur. Həmin gəmi təxminən 5 min amerikalı dənizçi və dəniz piyadasını Taylanda gətirmişdi. Yerli rəsmilər o zaman hər bir amerikalı hərbçinin bölgədə gündəlik təxminən 3 min bata qədər xərcləyə biləcəyini təxmin etmişdilər.