ArazNews
Ana Səhifə / Bölgə / Husi silahlı qruplaşması iddia edib: Aramco obyektlərinə, Ər-Riyad və Dəmmam hava limanlarına hücum
Bölgə

Husi silahlı qruplaşması iddia edib: Aramco obyektlərinə, Ər-Riyad və Dəmmam hava limanlarına hücum

Husi silahlı qruplaşması iddia edib: Aramco obyektlərinə, Ər-Riyad və Dəmmam hava limanlarına hücum

İslam Respublikasının dəstəklədiyi Husi silahlı qruplaşması şənbə günü Səudiyyə Ərəbistanının neft obyektlərinə və hava limanlarına hücum etdiyini iddia edib. Reuters-in məlumatına görə, Səudiyyə Ərəbistanı rəsmiləri bu hücumu dərhal təsdiqləməyib.

Husilərin hərbi sözçüsü Yəhya Səri bildirib ki, Yanbudakı Aramco obyektləri və Rabiğ neft emalı zavodu hədəfə alınıb. Onun sözlərinə görə, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı və Dəmmamdakı Kral Fəhd Beynəlxalq Hava Limanı da hücuma məruz qalıb.

Husilər həmçinin Nəcran hava limanına və Xamis Muşeytdəki bir hava bazasına hücum etdiklərini açıqlayıb.