The Wall Street Journal qəzetinin məlumatına görə, Vaşinqton region ölkələrindən sanksiyaya məruz qalmış tankerlərə dəstək və təchizat xidmətləri göstərməməyi istəyib. Bu addım İran neftinin Asiyaya daşınmasında istifadə olunan «kölgə donanması»nın fəaliyyətini pozmağa yönəlmiş daha geniş təzyiqin bir hissəsidir.
Qəzetin yazdığına görə, İrana qayıtmaq və ya təchizat almaq imkanları məhdudlaşdırıldıqdan sonra bu tankerlərin bəziləri Hindistan və Çin sularına doğru üz tutub, lakin orada da məhdudiyyətlərlə üzləşiblər. The Wall Street Journal qeyd edir ki, bu təzyiqin məqsədi İran neftinin gizli satış şəbəkəsinin xərclərini artırmaq və onun fəaliyyətini çətinləşdirməkdir.
Eyni zamanda, yeni məlumatlara görə, ABŞ-ın dəniz blokadasından sonra İranın neft ixracı demək olar ki, sıfıra enib. Halbuki Yaxın Şərqin digər neft istehsalçıları ixraclarının böyük hissəsini artıq müharibədən əvvəlki səviyyəyə qaytarıblar.