ArazNews
Ana Səhifə / İran / İran aviaşirkətlərinin Türkiyəyə uçuşlarının tamamilə dayandırılması ehtimal olunur
İran

İran aviaşirkətlərinin Türkiyəyə uçuşlarının tamamilə dayandırılması ehtimal olunur

İran aviaşirkətlərinin Türkiyəyə uçuşlarının tamamilə dayandırılması ehtimal olunur

Araznews: «Türkiye Today» xəbər saytı iki mənbəyə istinadən xəbər verib ki, oktyabr ayının əvvəllərindən bütün İran aviaşirkətlərinin Türkiyəyə uçuşlarının dayandırılması gözlənilir.

Məlumata görə, İran aviasiya sənayesi ilə yaxın əlaqəsi olan mənbələrdən biri bu uçuşların dayandırılması ehtimalını təsdiqləyib. Bununla belə, Türkiyə rəsmiləri indiyədək bu barədə rəsmi qərar açıqlamayıblar.

Hazırda tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, İran və Türkiyə arasında uçuşlar «Iran Air» və bir sıra daha kiçik İran aviaşirkətləri tərəfindən davam etdirilir. «Mahan Air» isə daha əvvəl Türkiyə rəsmilərinin tələbi ilə bu ölkəyə uçuşlarını dayandırmışdı.

«Türkiye Today» yazır ki, bu proseslər ABŞ-ın İranın aviasiya sektoruna qarşı təzyiq və sanksiyalarını genişləndirməsi fonunda baş verir. ABŞ Maliyyə Nazirliyi bildirib ki, 23 sentyabrdan sonra İran hava yolları ilə əməkdaşlıq edən şirkətlər sanksiyalarla üzləşə bilər.

Həmin məlumata görə, Azərbaycan Respublikası, Gürcüstan, İraq, Oman və Birləşmiş Ərəb Əmirlikləri də İran aviaşirkətlərinin fəaliyyət icazəsini ləğv ediblər və Türkiyəyə uçuşların dayandırılacağı təqdirdə İran şirkətləri üçün əlçatan regional istiqamətlərin sayı daha da azalacaq.