ArazNews
Ana Səhifə / İnsan Haqları / Yaralıları xəstəxanaya çatdırdığına görə: Məşhəddə 33 yaşlı etirazçı qadına ölüm hökmü çıxarılıb
İnsan Haqları

Yaralıları xəstəxanaya çatdırdığına görə: Məşhəddə 33 yaşlı etirazçı qadına ölüm hökmü çıxarılıb

Yaralıları xəstəxanaya çatdırdığına görə: Məşhəddə 33 yaşlı etirazçı qadına ölüm hökmü çıxarılıb

Məşhəd İnqilab Məhkəməsinin 1-ci şöbəsi 2026-cı ilin yanvar ayındakı (1404-cü ilin dey ayı) etirazlar zamanı həbs olunanlardan biri olan Məhbubə Şəbaninin edamına hökm çıxarıb. HRANA-nın məlumatına görə, ona «İsrail, ABŞ və müxalifət qruplarını gücləndirmək məqsədilə əməliyyat fəaliyyəti» ittihamı irəli sürülüb. Hökm bu gün onun vəkilinə təqdim edilib.

Bu ittihamın irəli sürülməsinin səbəblərindən biri onun 8 və 9 yanvarda yaralı etirazçılara kömək etməsi olub. 33 yaşlı qadın yaralıları öz motosikleti ilə xəstəxanaya çatdırırmış.

Təhlükəsizlik qüvvələri onu 2 fevralda həbs edib. İnsan hüquqları təşkilatlarının məlumatına görə, həbs zamanı beş kişi və bir qadın məmur onu döyüb. İyul ayında da o, Vəkilabad həbsxanasında zorakılıqla və cəza kimi karantinə aparılıb.

Şəbani həbsxanada ağır dəri xəstəliyinə tutulub və lazımi müalicədən məhrum edilib. Atasını və anasını itirmiş qadın məhkəmə iclası keçirilərkən aclıq aksiyasında olub.