İran İnsan Haqları Təşkilatı 1404-cü il dey ayı (2025-ci ilin dekabrı-2026-cı ilin yanvarı) etirazlarında həlak olanların 4200 nəfərdən çox olduğunu göstərən siyahını yayıb və vurğulayıb ki, bu rəqəm yalnız müəyyən edilmiş və dəqiqləşdirilmiş qurbanların minimum sayıdır.
Təşkilat bildirib ki, müəyyən edilmiş qurbanlar arasında ən azı 420 qadın və 18 yaşdan aşağı 281 nəfər var, qeydə alınmış ən kiçik yaşlı qurban isə dörd yaşı yarım olub.
Hesabata görə, dəqiq ölüm tarixi müəyyən edilmiş halların 91 faizini, yəni 3356 nəfəri təşkil edən şəxslər yalnız dey ayının 18 və 19-da həlak olub, etirazçıların öldürülməsi halları isə İranın 31 vilayətindən 30-da qeydə alınıb.
İran İnsan Haqları Təşkilatı bildirir ki, toplaşmalara birbaşa atəş açılması, həyati əhəmiyyətli nöqtələrin hədəf alınması, qaçan insanların vurulması və snayperlərdən istifadə edilməsi repressiyanın təkrarlanan üsulları olub. İslam Respublikası isə bu etirazlarda həlak olanların sayının 3117 nəfər olduğunu açıqlayıb.