ArazNews
Ana Səhifə / Dünya / Rubio: İranla bağlı yekun qərarı Tramp verəcək; Tehran rəsmiləri ilə görüşə hazırıq
Dünya

Rubio: İranla bağlı yekun qərarı Tramp verəcək; Tehran rəsmiləri ilə görüşə hazırıq

Rubio: İranla bağlı yekun qərarı Tramp verəcək; Tehran rəsmiləri ilə görüşə hazırıq

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton BMT sammitlərinin kənarında İran rejiminin rəsmiləri ilə danışıqlara hazırdır və vurğulayıb ki, İrana münasibətdə tutulacaq yolla bağlı yekun qərarı Donald Tramp verəcək.

Fox News-a istinadən, Rubio deyib: «Biz BMT sammitlərinin kənarında iranlılarla görüşməyə hazırıq» və əlavə edib ki, ABŞ İranda onun «radikal şiə ruhaniləri» adlandırdığı qüvvələrlə üz-üzədir.

O, həmçinin Vaşinqtonun regiondakı təhlükəsizlik öhdəlikləri barədə vurğulayaraq bildirib ki, ABŞ Səudiyyə Ərəbistanı qarşısındakı öhdəliklərini yerinə yetirməkdə qətiyyətlidir.

Hörmüz boğazına toxunan Rubio bildirib ki, bu boğazdan keçən neft axınının təxminən 70 faizi bərpa olunub və boğazdan gündəlik keçən gəmilərin sayı artmaqdadır. O, xəbərdarlıq edib ki, İranın nüvə silahına yiyələnməsi dünya neft qiymətlərinə əlavə təzyiq göstərə bilər.