Fransa prezidenti Emmanuel Makron bildirib ki, Donald Trampla görüşdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması yolları və qlobal enerji bazarlarına olan təzyiqin azaldılması məsələlərini müzakirə edib.
Makron Nyu-Yorkda Trampla görüşdən sonra bildirib ki, tərəflərin danışıqlarında həmçinin Qırmızı dənizin vəziyyəti, neft tankerlərinin keçidinin təhlükəsizliyi və Yaxın Şərqin həyati əhəmiyyətli infrastrukturunun qorunması məsələləri də əhatə olunub.
O, X sosial şəbəkəsində yazıb ki, Fransa və ABŞ enerji bazarındakı gərginliyi azaltmaq və Hörmüz boğazında gəmiçilik azadlığını təmin etmək üçün birgə addımlar atmaq barədə razılığa gəliblər.
Eyni zamanda, Fransa Xəbərlər Agentliyi bir diplomatik mənbəyə istinadla xəbər verib ki, Paris BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazının gəmiçilik üçün yenidən açılmasına dair qətnamə layihəsi hazırlayır.