"Nyu-York Tayms" qəzetinin məlumatına görə, Donald Tramp ABŞ-ın Yəməndəki husi silahlı qruplaşmasının mövqelərinə hava zərbələri endirməmək qərarına gəlib. Bu qərar Pentaqonun əməliyyat üçün bütün hazırlıqları başa çatdırmasından sonra qəbul edilib.
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Trampdan bu məsələyə müdaxilə etməsini xahiş etmişdi və ABŞ prezidenti də Pentaqona hücumların hazırlanması üçün əmr vermişdi. Lakin bazar günü o, yenidən fikrini dəyişib.
Trampın yaxın ətrafındakıların əksəriyyəti ABŞ-ın Səudiyyə Ərəbistanının husilərlə mübarizəsinə qoşulmasına ciddi şübhə ilə yanaşır və ya buna açıq şəkildə qarşı çıxırdı. Bunun əsas səbəbi İran rejimi ilə müharibənin ABŞ ordusu üzərində yaratdığı təzyiq idi.
İş son mərhələyə qədər irəliləmişdi; hədəflər siyahısı təsdiqlənmiş, bombalar ABŞ qırıcı təyyarələrinə yüklənirdi ki, Tramp geri çəkildi.