ArazNews
Ana Səhifə / Dünya / Səudiyyə Ərəbistanının energetika naziri: Mədinə mədənində 110 milyon ton uran xammalı aşkarlanıb
Dünya

Səudiyyə Ərəbistanının energetika naziri: Mədinə mədənində 110 milyon ton uran xammalı aşkarlanıb

Səudiyyə Ərəbistanının energetika naziri: Mədinə mədənində 110 milyon ton uran xammalı aşkarlanıb

Səudiyyə Ərəbistanının Mədinə bölgəsində tərkibində uran olan 110 milyon ton xammal aşkar edilib. Ölkənin energetika naziri Əbdüləziz bin Salman Riyadın müxtəlif enerji və mədən ehtiyatlarına investisiya qoyuluşu ilə bağlı planlarından xəbər verib.

Bin Salman Səudiyyə Ərəbistanının mülki nüvə proqramının şəffaf olduğunu və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti, habelə xüsusi könüllü təminat sazişləri çərçivəsində həyata keçirildiyini bildirib. O vurğulayıb ki, Riyad bu proqramı dağların içərisində gizli obyektlərdə və ya beynəlxalq nəzarətdən kənarda həyata keçirmək niyyətində deyil.