ArazNews
Ana Səhifə / İnsan Haqları / Vəkil Zəhra Nəqşinə məhkəmə çağırışından sonra Təbrizdə həbs edilib
İnsan Haqları

Vəkil Zəhra Nəqşinə məhkəmə çağırışından sonra Təbrizdə həbs edilib

Vəkil Zəhra Nəqşinə məhkəmə çağırışından sonra Təbrizdə həbs edilib

Vəkil və Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvü Zəhra Nəqşinə çərşənbə günü, 18 şəhrivərdə (sentyabrın 9-da), Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci istintaq şöbəsinə müraciət etdikdən sonra həbs edilib.

Yayılan xəbərə görə, Nəqşinə çağırış qəbul etdikdən sonra həmin şöbəyə gəlib. Vəkil və insan haqları fəalı Sina Yusefinin sözlərinə görə, onun çağırış vərəqəsinin ittiham hissəsində «cinayət tərkibi olmayan» ifadəsi qeyd olunub və iş Təbriz Kəşfiyyat İdarəsinin bu vəkilin fəaliyyətləri və hüquqi-tənqidi qeydləri barədə hesabatı əsasında açılıb.

Zəhra Nəqşinə vəkillik fəaliyyətindən əlavə, həmkarlar ittifaqı fəaliyyətləri və qadın hüquqları sahəsində də fəal olub, Vəkillər Kollegiyasının Qadınlar Komissiyasında və Qadınlara qarşı zorakılığın qarşısının alınması katibliyində çalışıb.

Onun harada saxlanıldığı və hazırkı vəziyyəti barədə heç bir məlumat yoxdur.