ArazNews
Ana Səhifə / Dünya / Türk dünyasının inteqrasiyasında daha bir addım: Özbəkistan latın əlifbasını türk dilinə daha da yaxınlaşdırdı
Dünya

Türk dünyasının inteqrasiyasında daha bir addım: Özbəkistan latın əlifbasını türk dilinə daha da yaxınlaşdırdı

Türk dünyasının inteqrasiyasında daha bir addım: Özbəkistan latın əlifbasını türk dilinə daha da yaxınlaşdırdı

Özbəkistan öz latın əlifbasının dörd hərfini dəyişdirir: G‘ hərfi Ğ, O‘ hərfi Ö, Sh hərfi Ş və Ch hərfi Ç ilə əvəz olunacaq. Bu dəyişikliklə hər dörd hərf özbək, İstanbul türkcəsi və Azərbaycan türk dilləri arasında ortaq olacaq; türkmən dilində də Ö, Ş və Ç hərfləri istifadə olunur.

Özbəkistan Senatı bu islahatları təsdiqləyib. Mövcud sənədlərin, əskinasların, lövhələrin və dövlət rəmzlərinin dərhal dəyişdirilməsinə ehtiyac yoxdur.