İsrailin müdafiə naziri Yisrael Kats bildirib ki, "Əli-Tahir" yüksəkliklərində məhv edilmiş tunel şəbəkəsi 15 il ərzində İran rejiminin dəstəyi və maliyyələşdirməsi ilə tikilib və Hizbullahın Livanın cənubundakı ən möhkəm bazalarından biri olub.
Kats deyib ki, İsrail ordusu Hizbullahın infrastrukturuna qarşı əməliyyatları davam etdirəcək və bu qrupun bazası kimi istifadə olunan tunellər və binalar hədəfə alınacaq.
O, həmçinin iddia edib ki, son əməliyyatlar qərb sahillərindən əş-Şəqifə və Şeyx dağına qədər geniş bir təhlükəsizlik zonası yaradıb.