Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Macid əl-Ənsari bildirib ki, İran rejiminin cavab hücumları yalnız ABŞ-ın hərbi bazalarını və tesisatlarını deyil, mülki yaşayış məntəqələrini də hədəf alıb.
Əl-Ənsari "X" sosial şəbəkəsindəki hesabında paylaşdığı mesajda İran rejiminin bu hücumlarla bağlı təhlükəsizlik qiymətləndirməsində istifadə etdiyi bəzi ifadələri tənqid edib.
Qətərin Xarici İşlər Nazirliyi daha əvvəl də İran rejiminin İordaniya, Bəhreyn və Küveytə hücumlarını qınamış, bunları hədəf ölkələrin suverenliyinin, beynəlxalq qanunların, BMT Nizamnaməsinin və qonşuluq münasibətləri prinsiplərinin açıq pozuntusu adlandırmışdı.
Doha eyni zamanda Tehranı bu hücumlara görə hüquqi baxımdan məsuliyyətli elan edərək, hərbi əməliyyatların dərhal və tam dayandırılmasını, müharibənin genişlənməsinin qarşısının alınmasını və tərəflərin dialoq və danışıqlara qayıtmasını tələb edib.