Nüvə mövzusu üzrə jurnalist Lourens Norman bildirib ki, ABŞ və üç Avropa ölkəsi — Britaniya, Fransa və Almaniya — gələn həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin Qubernatorlar Şurası üzvlərinin İranla bağlı qətnamə layihəsini dəstəkləməsinə nail olmağa çalışırlar.
Normanın sözlərinə görə, bu qətnamənin qəbul edilməsi halında İranın nüvə məsələsi BMT Təhlükəsizlik Şurasına göndəriləcək. Onun fikrincə, bu, 2013-cü ildə imzalanmış müvəqqəti nüvə sazişi — BSHFP (Ümumi Fəaliyyət Planı) kimi tanınan sazişdən bəri ABŞ və üç Avropa ölkəsi tərəfindən atılan ilk belə addım olacaq.
Norman əlavə edib ki, təklifi irəli sürən tərəflər Qubernatorlar Şurasında zəruri səslərin toplanacağına və qətnamənin qəbul olunacağına əminliklərini ifadə ediblər.