İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) hərbi-dəniz qüvvələri açıqlayıb ki, Hörmüz boğazının cənub istiqamətindən keçən bir "superneftdaşıyan" iki dəniz minası ilə toqquşma nəticəsində şiddətli yanğın keçirib və hərəkətdən qalıb.
Sepahın hərbi-dəniz qüvvələri şənbə axşamı (6 sentyabr) bu xəbəri açıqlamaqla yanaşı, İslam Respublikasının Hörmüz boğazından keçid üçün müəyyən etdiyi qaydalara əməl etməyən gəmilərin hücum hədəfinə çevriləcəyini bildirib.
Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi də hadisədən bir neçə saat əvvəl Hörmüz boğazında bir gəmi ilə bağlı hadisə barədə məlumat yayıb; bununla belə, Sepahın iki minaya çarpma barədə açıqladığı təfərrüatlar hələ müstəqil şəkildə təsdiqlənməyib.
Sepahın bəyanatı, SENTCOM-un Lark adasında iki raket qurğusuna hücum etdiyini açıqlamasından bir neçə saat sonra yayılıb.