ArazNews
Ana Səhifə / İran / Tehran: Hörmüz boğazının açılması ilə bağlı tələsmirik; Oman ilə razılaşma hələlik icra edilmir
İran

Tehran: Hörmüz boğazının açılması ilə bağlı tələsmirik; Oman ilə razılaşma hələlik icra edilmir

Tehran: Hörmüz boğazının açılması ilə bağlı tələsmirik; Oman ilə razılaşma hələlik icra edilmir

İran İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran və Oman gəmilərin Hörmüz boğazından keçməsi ilə bağlı qaydalar barədə razılığa gəliblər, lakin bunun icrasını ABŞ-ın öz öhdəliklərinə əməl etməsi şərtinə bağlayıb.

Tesnimin məlumatına görə, Qəribabadi deyib ki, İran İslam Respublikası "Hörmüz boğazının açılması ilə bağlı tələsmir" və iddia edib ki, bu su yolu hələ də bağlıdır və gəmilərin keçidi yalnız Tehranla razılaşdırılmaqla həyata keçiriləcək.

Bu açıqlamalar elə bir vaxtda səslənir ki, ABŞ Hörmüz boğazının açıq olduğunu və Amerika qüvvələrinin beynəlxalq gəmiçilik marşrutlarını təmizlədiyini bildirir. Sepah dəniz qüvvələri isə cümə günü Vaşinqtonun bu iddiasını "açıq yalan" adlandırıb.