Suriya hökuməti mühüm bir qərarla kürd dilini "milli dil" kimi tanıyıb və ölkənin kürdlərin yaşadığı bölgələrindəki məktəblərdə bu dildə təhsilin təşkili üçün şərait yaradıb.
Suriyanın Təhsil Nazirliyi cümə axşamı, 6 şəhrivər (28 avqust) axşamı kürd dilinin tədrisi ilə bağlı yeni planı açıqlayıb. Bu plana əsasən, kürdlərin əksəriyyət təşkil etdiyi və ya əhalinin əhəmiyyətli hissəsini formalaşdırdığı bölgələrdə dövlət və özəl məktəblərdə kürd dilinin tədrisinə icazə veriləcək.
Suriyanın Təhsil Nazirliyi bildirib ki, bundan sonra kürd dili bu bölgələrdə rəsmi tədris proqramının bir hissəsi olacaq və şagirdlər ölkənin təhsil sistemi çərçivəsində bu dili öyrənə biləcəklər.
Eyni zamanda, siyasi xarakterli bir qərarla, özlərini Suriya Demokratik Qüvvələri adlandıran terror təşkilatı PKK-nın Suriya qanadının başçısı Məzlum Əbdi, Suriyanın keçid dövrü prezidenti Əhməd Şəranın müşaviri təyin edilib.