ArazNews
Ana Səhifə / İran / İran hərbi rəsmisi: Qətərdə həbsdə saxlanılan pilotların fiziki vəziyyəti qənaətbəxş deyil
İran

İran hərbi rəsmisi: Qətərdə həbsdə saxlanılan pilotların fiziki vəziyyəti qənaətbəxş deyil

İran hərbi rəsmisi: Qətərdə həbsdə saxlanılan pilotların fiziki vəziyyəti qənaətbəxş deyil

İran rejiminin Silahlı Qüvvələri Baş Qərargahının itkin düşmüşləri axtarış komitəsinin rəhbəri Məhəmməd Baqirzadə iddia edib ki, Tehranın bildirdiyinə görə Qətərdə saxlanılan İran pilotlarının fiziki vəziyyəti "yaxşı deyil" və onların su üzərində yerləşən saxlanma yeri sağlamlıqlarının qorunması üçün münasib şərait yaratmır.

Baqirzadə Qətər hökumətindən bu şəxsləri ən qısa zamanda quruya köçürməsini və müasir avadanlıqla təchiz olunmuş xəstəxanada müalicəyə cəlb edilmələri üçün şərait yaratmasını tələb edib. O, həmçinin Qətər hökumətindən Cenevrənin dörd konvensiyasına istinadən hərbi əsirlərin hüquqlarına riayət etməsini və pilotların ailələri ilə ilkin əlaqə saxlamasına imkan yaratmasını tələb edib.

Tehran bildirir ki, 1404-cü ilin isfənd ayında (2026-cı ilin fevral-mart aylarında) baş vermiş hərbi əməliyyat zamanı iki Su-24 qırıcı-bombardmançı təyyarəsinin qəzaya uğramasından sonra üç İran pilotu sağ olaraq Qətər qüvvələrinin əlinə keçib. Bununla belə, Qətər Xarici İşlər Nazirliyi bu iddianı qəti şəkildə rədd edərək bildirib ki, bu ölkədə heç bir İran piloutu həbsdə və ya əsirlikdə deyil.

Qətər İran pilotlarının saxlanılması iddiasını "tamamilə əsassız" adlandırıb. Doha bildirir ki, pilotlardan yalnız birinin cəsədi tapılıb və İrana təhvil verilib, Tehrana da axtarış əməliyyatını araşdırmaq üçün texniki heyət göndərməyə dəvət edilib, lakin heç bir cavab alınmayıb.

Hazırkı məqamda müstəqil mənbələr bu pilotların iddia edilən vəziyyətini və saxlanma yerini təsdiqləməyib, hər iki tərəf onların taleyi barədə bir-birinə zidd məlumatlar təqdim edir.