ArazNews
Ana Səhifə / Dünya / Axios: Hörmüzdən toplanan 200-dən çox əşyadan cəmi 11-i əsl mina idi
Dünya

Axios: Hörmüzdən toplanan 200-dən çox əşyadan cəmi 11-i əsl mina idi

Axios: Hörmüzdən toplanan 200-dən çox əşyadan cəmi 11-i əsl mina idi

Axios nümayəndəsi Barak Raviv ABŞ rəsmilərinə istinadən bildirib ki, ABŞ qüvvələri Hörmüz boğazındakı əsas gəmiçilik marşrutundan minaya bənzər 200-dən çox əşya toplayıb, lakin onlardan yalnız 11-i əsl mina olub və cəmi bir neçəsi düzgün şəkildə quraşdırılaraq işlək vəziyyətdə olub.

ABŞ rəsmiləri bildirir ki, Vaşinqton son iki ay ərzində minatəmizləmə əməliyyatları, gəmilərin silahlı müşayiəti və hərbi zərbələr vasitəsilə İran rejiminin gəmiçiliyi pozmaq qabiliyyətinin əsas hissəsini azaldıb və hazırda boğazın mühüm hissələrini faktiki olaraq nəzarətdə saxlayır. Rəsmilərdən birinin sözlərinə görə, son bir ay ərzində boğazdan keçən gəmilərin cəmi iki faizi hədəfə alınıb.

Məlumata görə, hazırda hər gecə cənub marşrutundan 20-30 neft tankeri keçir və gündəlik təxminən 9-10 milyon barrel neft daşınır ki, bu da müharibədən əvvəlki səviyyənin yarısına bərabərdir.