ArazNews
Ana Səhifə / İran / İranın sənayesi doqquzuncu ay arxa-arxaya durğunluqda; istehsalda inflyasiya 109 faizə çatıb
İran

İranın sənayesi doqquzuncu ay arxa-arxaya durğunluqda; istehsalda inflyasiya 109 faizə çatıb

İranın sənayesi doqquzuncu ay arxa-arxaya durğunluqda; istehsalda inflyasiya 109 faizə çatıb

İranın sənaye sektoru doqquzuncu ay arxa-arxaya durğunluqda qalıb, eyni zamanda istehsal xərclərinin kəskin artması, enerji böhranı və əhalinin alıcılıq qabiliyyətinin azalması zavodlara olan təzyiqi artırıb.

"Dünya-ye Eqtesad" nəşrinə istinadən, sənayenin satınalma menecerləri indeksi tir ayında (iyunun 22 – iyulun 22) 48,3-ə çatıb və doqquzuncu ay arxa-arxaya inkişaf həddinin altında qalıb. Sənaye istehsalçılarının nöqtədən-nöqtəyə inflyasiyası isə 109 faizə çatıb.

Yay aylarında istehlakın zirvə nöqtəsində elektrik enerjisi kəsiri təxminən 13 min 600 meqavat həcmində qiymətləndirilib, müharibə nəticəsində dəyən ziyanlar da sənayelərin enerji təchizatı gücünün bir hissəsini strojdan çıxarıb.

"Dünya-ye Eqtesad" yazır ki, Pezeşkiyanın hökuməti dövründə 1900 sənaye müəssisəsinin bərpa edildiyinin açıqlanmasına baxmayaraq, istehsalın bahalaşması, enerji balanssızlığı, likvidlik çatışmazlığı, xarici ticarətdə pozuntular və əhalinin tələbinin azalması kimi bir sıra böhranlar sənayedə davamlı inkişafın formalaşmasına mane olub.