ArazNews
Ana Səhifə / İran / Tehranın Trampa cavabı: "İqtisadi təzyiq müharibədən fərqlənmir"
İran

Tehranın Trampa cavabı: "İqtisadi təzyiq müharibədən fərqlənmir"

Tehranın Trampa cavabı:

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Donald Trampın İrana qarşı iqtisadi təzyiqin misli görünməmiş mərhələsinin başlaması barədə açıqlamasına cavab olaraq ABŞ-ın sanksiyalarını "iqtisadi terrorizm" adlandırıb və bildirib ki, iqtisadi təzyiqi "müharibə və hərbi təcavüzün digər üzü" hesab edir.

Cümə axşamı, 20 avqust tarixində yayımlanan bu bəyanatda Xarici İşlər Nazirliyi Trampın açıqlamasının 1953-cü il 19 avqust çevrilişinin ildönümü ilə eyni vaxta düşməsinə işarə edərək iddia edib ki, ABŞ-ın sanksiyaları İran vətəndaşlarının əsas hüquqlarını hədəf alır və bəzi hallarda "bəşəriyyətə qarşı cinayət" kimi qiymətləndirilə bilər. Nazirlik həmçinin bu cür siyasətlərin icraçılarının "məhkəməyə cəlb edilməli və cəzalandırılmalı" olduğunu bildirib.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi vurğulayıb ki, iqtisadi təzyiqlərin gücləndirilməsi Tehranın mövqelərində heç bir dəyişikliyə səbəb olmayacaq və İran ABŞ-ın təzyiq siyasətinə qarşı mübarizə üçün "bütün milli vasitə və imkanlardan" istifadə edəcək.