"İntismiran otoqen" adlı vaksin "mRNA" texnologiyası ilə hər bir xəstə üçün fərdi qaydada, onun şişindəki genetik dəyişikliklər əsas götürülərək hazırlanır. Məqsəd immun sisteminin məhz həmin dəyişiklikləri daşıyan xərçəng hüceyrələrini tanıması və hədəf almasıdır.
Merck və Moderna bildirib ki, cərrahi yolla şişi çıxarılan, lakin xəstəliyin yenidən qayıtma riski hələ də yüksək olan 1000-dən çox xəstənin qatıldığı böyük bir sınaqda bu vaksin xərçəngin qayıtma və yayılma riskini azaltmağa kömək edib.
Mütəxəssislər bu nəticələri "mRNA" texnologiyası üçün önəmli bir addım hesab edirlər. Sonrakı tədqiqatlar da uğurlu olarsa, fərdiləşdirilmiş vaksinlərin digər xərçəng növlərinin müalicəsində də istifadə olunmasının yolu açıla bilər.