Urmiya üzüm festivalının dayandırılması üçün təzyiqlər güclənib; bu, daha əvvəl Təbrizdəki Koroğlu mərasimi ilə bağlı yaşanan prosesə bənzəyir. Bu təzyiqlər İslam Respublikasının sərt nüvəsi və Sipahi Pasdaran ilə yaxın olan cərəyanlar tərəfindən göstərilir, Qərbi Azərbaycan ostanının rəsmiləri də bu festivalın keçirilməsinin qarşısını almağa çalışırlar. Məqsəd bu tədbirin dayandırılması, ya da heç olmasa bu ilin onun keçirildiyi son il olmasıdır.
Eyni zamanda, bu cərəyanlara yaxın bir sıra media qurumları "Bu, üzüm festivalıdır, yoxsa toy zalı?" sualını gündəmə gətirərək tədbirə hücum ediblər. Bu təzyiqləri tənqid edənlər deyirlər ki, olası çatışmazlıqlar xəbərdarlıq və düzəliş yolu ilə aradan qaldırılmalıdır, Urmiya şəhərinə və xalqına fayda gətirən bu proqramın ləğv edilməsi ilə yox.