ArazNews
Ana Səhifə / Azərbaycan / Müsəlman Ağsaqqallar Şurası "Zayed" mükafatını Əliyevə təqdim edib
Azərbaycan

Müsəlman Ağsaqqallar Şurası "Zayed" mükafatını Əliyevə təqdim edib

Müsəlman Ağsaqqallar Şurası

"Zayed insani qardaşlıq mükafatı" sertifikatı sentyabrın 14-də, bazar ertəsi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.

Report-un məlumatına görə, Müsəlman Ağsaqqallar Şurasının baş katibi Məhəmməd Əbdüssəlam Bakıda İlham Əliyevlə görüşündə Azərbaycan Prezidentinin cari ilin əvvəlində qazandığı bu mükafatın sertifikatını ona təqdim edib.

Görüşdə həmçinin Azərbaycanın Müsəlman Ağsaqqallar Şurası ilə əməkdaşlığı, İslam həmrəyliyinin gücləndirilməsi və Bakının bu sahədəki rolu müzakirə olunub. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərinin Bakıda keçirilən yeddinci iclasının əhəmiyyəti, habelə Azərbaycanın gələn il İslam Əməkdaşlıq Təşkilatı sammitinə ev sahibliyi edəcəyi də vurğulanıb.