ArazNews
Ana Səhifə / Dünya / Neft üç gün ardıcıl ucuzlaşdı
Dünya

Neft üç gün ardıcıl ucuzlaşdı

Neft üç gün ardıcıl ucuzlaşdı

Dünya bazarında neftin qiyməti çərşənbə günü Şərqi Asiya bazarlarında ticarətin başlaması ilə üç gün ardıcıl olaraq azaldı və Şimal dənizi Brent neftinin qiyməti bir barelə görə 86 dollar 27 sentə çatdı.

Brent neftinin qiyməti son bir ay ərzində İran-ABŞ müharibəsi və Hörmüz boğazındakı vəziyyətin təsiri altında 72 ilə 102 dollar arasında dəyişkənlik göstərib.

ABŞ-ın İrana qarşı yeni hərbi hücumlar ehtimalının azalması, habelə İran və Ümmanın Hörmüz boğazında müvəqqəti gəmiçilik dəhlizi yaratmaq üçün apardığı danışıqlar neft tankerlərinin hərəkətinin artacağına dair ümidləri gücləndirib və bu amillər neftin qiymətinin aşağı düşməsinin səbəbləri kimi göstərilib.