ABŞ-ın Gizli Xidməti bildirib ki, İslam Respublikasının dövlət televiziyasında yayımlanan videodan xəbərdardır. Həmin videoda ABŞ prezidentinin 20 yaşlı oğlu Barron Trampın sui-qəsdə məruz qalması ehtimalından danışılır.
Reuters agentliyinin məlumatına görə, üç dəqiqəlik bu videoda iddia edilir ki, Barron Tramp nəzarət altındadır və onun öldürülməsi üçün 10 milyon dollar mükafat təyin edilib.
ABŞ-ın Gizli Xidmətinin sözçüsü Neyt Herinq bildirib ki, bu qurum "mühafizə altında olan şəxslərə qarşı təhdid hesab edilə biləcək hər şeyi araşdırır", lakin təhlükəsizlik səbəbindən əlavə təfərrüat açıqlamayacaq.
Reuters həmçinin yazır ki, ABŞ rəsmiləri daha əvvəl İsraildən İranın Donald Trampı qətlə yetirmək cəhdi ilə bağlı xəbərdarlıqlar almışdılar.