Azərbaycan və Ermənistanın rəsmiləri Laçində enerji sahəsində əməkdaşlıq mövzusunda danışıqlar aparıblar. Görüşün əsas mövzusu elektrik enerjisinin idxal-ixracı və iki ölkənin ortaq sərhəd boyunca elektrik şəbəkələrinin birləşdirilməsi imkanı olub.
Danışıqlarda hər iki ölkənin enerji rəsmiləri və elektrik şəbəkəsi operatorları iştirak ediblər.