ArazNews
Ana Səhifə / Dünya / İsrail ordusu: Xan-Yunisdə 7 oktyabr hücumunda iştirak edən HƏMAS komandirlərindən birini hədəf almışıq
Dünya

İsrail ordusu: Xan-Yunisdə 7 oktyabr hücumunda iştirak edən HƏMAS komandirlərindən birini hədəf almışıq

İsrail ordusu: Xan-Yunisdə 7 oktyabr hücumunda iştirak edən HƏMAS komandirlərindən birini hədəf almışıq

İsrail ordusu bildirib ki, bazar günü Qəzza zolağının cənubundakı Xan-Yunisə edilən zərbədə HƏMAS-ın seçmə qüvvəsinin 2023-cü il 7 oktyabr tarixində İsrailə edilən hücumda iştirak etmiş komandirlərindən birini hədəf alıb.

İsrail ordusu qeyd edib ki, hədəf alınan şəxs HƏMAS-ın seçmə qüvvəsində bir bölüyün komandiri olub və 7 oktyabr hücumunda iştirakdan əlavə, Qəzzada İsrail qüvvələrinə qarşı hücumların idarə edilməsində də rol oynayıb. Onun adı və hazırkı vəziyyəti açıqlanmayıb.

İsrail ordusu bu HƏMAS komandirinin fəaliyyətini öz qüvvələri üçün "təxirəsalınmaz təhlükə" kimi xarakterizə edib. Fələstin mediası da bu hücum nəticəsində bir neçə nəfərin yaralandığını xəbər verib.