ArazNews
Ana Səhifə / Dünya / Asim Munir Tehrana yollandı: Pakistan ordusunun komandanı İİR rəsmiləri ilə görüşəcək
Dünya

Asim Munir Tehrana yollandı: Pakistan ordusunun komandanı İİR rəsmiləri ilə görüşəcək

Asim Munir Tehrana yollandı: Pakistan ordusunun komandanı İİR rəsmiləri ilə görüşəcək

Diplomatik mənbə Pakistan ordusunun komandanı feldmarşal Seyid Asim Munirin İrana səfər etdiyini bildirib.

İRNA agentliyinin həmin mənbəyə istinadən yaydığı məlumata görə, Asim Munir bir neçə dəqiqə əvvəl İslamabaddan Tehran istiqamətində yola düşüb və İslam Respublikasının yüksək rütbəli rəsmiləri ilə görüşəcək.

Pakistanın daxili işlər naziri senator Seyid Möhsün Rza Nəqvi də ölkənin ordu komandanına Tehrana səfərində müşayiət edir.