ArazNews
Ana Səhifə / Xəbər / Təbrizdə taksilərin yarısı köhnəlib; bu il heç bir taksi yenilənmədi
Xəbər

Təbrizdə taksilərin yarısı köhnəlib; bu il heç bir taksi yenilənmədi

Təbrizdə taksilərin yarısı köhnəlib; bu il heç bir taksi yenilənmədi

Təbrizdə fəaliyyət göstərən 10 min 700 taksidən 5 min 371-nin köhnəldiyi və yenisi ilə əvəz edilməsinin zəruri olduğu açıqlanıb. Buna baxmayaraq, 1405-ci ilin (2026-cı il) əvvəlindən indiyədək şəhərdə bir taksi belə yenilənməyib.

Təbriz Bələdiyyəsinin Sərnişin Daşınması İdarəsinin rəisi Fərrux Cəlali 20 avqust tarixində verdiyi açıqlamada bildirib ki, 1400-cü ildən (2021-ci il) bu yana ümumilikdə 1750 taksi yenilənib. 1401-ci ildə (2022-2023) 909 taksi dəyişdirilib, lakin 1404-cü ildə (2025-2026) bu rəqəm cəmi 25 olub və bu il proses tamamilə dayanıb.

Cəlalinin verdiyi statistikaya görə, Təbriz taksiləri hər gün təxminən 880 min sərnişin daşıyır. Şəhərdaxili ictimai nəqliyyat parkında həmçinin 529 avtobus və 36 mikroavtobus fəaliyyət göstərir.

Yeni statistika göstərir ki, taksilərin köhnəlməsi Təbriz ictimai nəqliyyatının ən ciddi problemlərindən biridir. Yenilənmə sürətinin son illərdə kəskin azalması şəhərin ehtiyacı ilə mövcud imkanlar arasındakı məsafəni daha da artırır.