Məhkəmə-tibbi ekspertiza təşkilatının klinik müayinələr baş idarəsinin rəhbəri doktor Fərzanə Mehdizadə bildirib ki, İranda hər il təxminən 11 min qanuni abort tələbi qeydə alınır.
İSNA agentliyinə istinadən bu sayın adətən təxminən 9 min hallıq işinə icazə verilir. Mehdizadənin sözlərinə görə, hallardan təxminən 90 faizi cəninin problemləri və qüsurları ilə bağlıdır, qalanları isə ananın xəstəlikləri ilə əlaqədardır.
O, həmçinin bildirib ki, qanuni abort icazəsinin verilməsi yalnız hicri-qəməri təqviminə görə dörd aya qədər, yəni hamiləliyin 18 həftə 5 gününə qədər olan müddətdə mümkündür.