ArazNews
Ana Səhifə / İran / Möhsün Rzai: ABŞ və İsrailin addımları İranı NPT-dən çıxmağa apara bilər
İran

Möhsün Rzai: ABŞ və İsrailin addımları İranı NPT-dən çıxmağa apara bilər

Möhsün Rzai: ABŞ və İsrailin addımları İranı NPT-dən çıxmağa apara bilər

İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai deyib ki, ABŞ və İsrailin addımları İranı Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmağa apara bilər.

Əl-Cəzirənin məlumatına görə, Rzai əlavə edib ki, Tehran hələ bu müqavilədən çıxmaq barədə qərar verməyib. Onun sözlərinə görə, bu qərar Vaşinqtonun gələcək davranışından asılıdır.

Ali Milli Təhlükəsizlik Şurasının katibi iddia edib ki, İran rejimi hələ də sabiq rəhbərin nüvə silahının qadağan edilməsi barədə fitvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib.

Rzai eyni açıqlamasında sözlərinə davam edərək deyib: "Gələcəkdə nə baş verəcəyini bilmirik."