ArazNews
Ana Səhifə / İran / Sərdarların yeni böhran yaratma cəhdi: Xatəmulənbiya Qərargahı ABŞ-ın yaxınlaşan hücumundan "xəbər tutduğunu" iddia edərək qonşuları hədələdi
İran

Sərdarların yeni böhran yaratma cəhdi: Xatəmulənbiya Qərargahı ABŞ-ın yaxınlaşan hücumundan "xəbər tutduğunu" iddia edərək qonşuları hədələdi

Sərdarların yeni böhran yaratma cəhdi: Xatəmulənbiya Qərargahı ABŞ-ın yaxınlaşan hücumundan

Xatəmulənbiya Mərkəzi Qərargahı yaydığı bəyanatda ABŞ-ın bölgənin bəzi ölkələrinin dəstəyi ilə İrana yenidən hücuma hazırlaşdığına dair məlumat əldə etdiyini iddia edib.

Bəyanatda deyilir ki, Vaşinqton bölgənin bir sıra ölkələrinin "yaşıl işığı" ilə Avropa ölkələrindən birində keçirilən birgə iclasda İrana qarşı əməliyyatları yenidən başlatmaq qərarına gəlib. Bu hərbi qurum iştirakçıların adlarını, yaxud görüşə ev sahibliyi edən Avropa ölkəsinin adını açıqlamayıb.

Xatəm Qərargahı bölgə ölkələrini xəbərdarlıq edərək bildirib ki, ABŞ-ın hücumu ilə əlaqələnən hər bir ölkə "şərin" tərəfdaşı sayılacaq və artıq İranın silahlı qüvvələrindən özünə qarşı təmkin gözləməməlidir.

Bu qurum həmçinin ABŞ-ı hədələyərək bildirib ki, hücum baş verdiyi təqdirdə, bu ölkənin bölgədəki bütün mövcudluq mərkəzləri və mənafeləri hər hansı məhdudiyyət qoyulmadan davamlı hücumların hədəfinə çevriləcək.