ArazNews
Ana Səhifə / İran / İslam Respublikası Kərəc etirazlarında saxlanılanlardan Şəhram Sadeqini edam edib
İran

İslam Respublikası Kərəc etirazlarında saxlanılanlardan Şəhram Sadeqini edam edib

İslam Respublikası Kərəc etirazlarında saxlanılanlardan Şəhram Sadeqini edam edib

İslam Respublikasının Məhkəmə Hakimiyyəti bildirib ki, Kərəcdəki Gülzar dördyolunda baş vermiş "18 dey" (8 yanvar) etirazları ilə əlaqədar saxlanılanlardan olan Şəhram Sadeqi bu gün səhər tezdən edam edilib.

Məhkəmə Hakimiyyətinin media qurumu "Mizan"ın məlumatına görə, Sadeqi etirazlar zamanı "Pride" markalı avtomobillə İntizami Qüvvələrin bir neçə əməkdaşının üzərindən keçməkdə və yeddi nəfəri yaralamaqda ittiham olunub. Məhkəmə Hakimiyyətinin versiyasına əsasən, əməkdaşlardan biri təxminən üç ay koma vəziyyətində qalıb.

"Mizan" həmçinin iddia edib ki, Sadeqi bu hadisədən sonra avtomobili yandıraraq qaçıb və bir müddət sonra bir narkotik tərki-vərdiş düşərgəsində saxlanılıb.

Məhkəmə prosesinin gedişatı, Sadeqinin müstəqil vəkilə çıxışı və işin sənədləri barədə müstəqil mənbələrdən heç bir təfərrüat açıqlanmayıb.