ArazNews
Ana Səhifə / İran / İrana qarşı görünməmiş iqtisadi təzyiq: Trampın masasında 5 yeni seçim
İran

İrana qarşı görünməmiş iqtisadi təzyiq: Trampın masasında 5 yeni seçim

İrana qarşı görünməmiş iqtisadi təzyiq: Trampın masasında 5 yeni seçim

ABŞ hökuməti İran İslam Respublikasına qarşı iqtisadi təzyiqi artırmağa hazırlaşır; bu addım Tehrana qarşı yeni sanksiya və maliyyə məhdudiyyətləri dövrünün başlanmasına yol aça bilər.

Araz Newsun Bloomberg-ə istinadən bildirdiyinə görə, ABŞ Xəzinədarlıq naziri Skott Bessent Vaşinqtonun İran üzərindəki təzyiqini artırmaq üçün bir çox vasitəyə malik olduğunu bildirib.

Bloomberg, Donald Trampın masasında 5 mümkün seçim olduğunu yazır. Bunlar arasında Çin maliyyə şirkətlərinə və İranla əlaqəli valyuta mübadiləsi (sərraflıq) mərkəzlərinə sanksiya tətbiq etmək, həmçinin İran İslam Respublikasının xaricdəki daha çox əmlakını dondurmaq da yer alır.

Bu addımlar İranın artıq yüzlərlə sanksiya və limanlarına qarşı dəniz mühasirəsi ilə üz-üzə olduğu bir dövrdə gündəmə gəlir.