ArazNews
Ana Səhifə / İran / Milli İnkişaf Fondunun investisiya üzrə müavini: dövlətin və neft şirkətinin fonda borcu 127 milyard dollara çatıb
İran

Milli İnkişaf Fondunun investisiya üzrə müavini: dövlətin və neft şirkətinin fonda borcu 127 milyard dollara çatıb

Milli İnkişaf Fondunun investisiya üzrə müavini: dövlətin və neft şirkətinin fonda borcu 127 milyard dollara çatıb

İranın dövlət büdcəsinin və Milli Neft Şirkətinin Milli İnkişaf Fonduna olan borcu 127 milyard dolları ötüb. Fondun investisiya üzrə müavini Reza Məhəmmədi bu rəqəmi açıqlayaraq bildirib ki, bunun 110 milyard dollardan çoxu dövlətin, 17 milyard dollardan çoxu isə Milli Neft Şirkətinin üzərindədir.

İbrahim Rəisinin hökuməti dövründə bu borcun bir hissəsinin fondun neft yataqlarına investisiya qoyması vasitəsilə ödənilməsi barədə razılığa gəlinən layihə hələ də icra olunmayıb. Məhəmmədi bu tələbatların ödənilməsi üçün "neft sahəsinin imkanlarından" danışıb. Bununla belə, Milli İnkişaf Fondunun sədri daha əvvəl açıqlamışdı ki, Azadeqan yatağının inkişafında yaşanan gecikmə səbəbindən Milli Neft Şirkəti bu yataqdan əldə olunan gəlirlər hesabına öz 17 milyard dollarlıq borcunu qaytara bilməyəcək.