ArazNews
Ana Səhifə / Dünya / JD Vens, ABŞ vitse-prezidenti: Neftin qiymətinin aşağı salınması amerikalılar üçün İranın nüvə proqramının dayandırılmasından üstündür
Dünya

JD Vens, ABŞ vitse-prezidenti: Neftin qiymətinin aşağı salınması amerikalılar üçün İranın nüvə proqramının dayandırılmasından üstündür

JD Vens, ABŞ vitse-prezidenti: Neftin qiymətinin aşağı salınması amerikalılar üçün İranın nüvə proqramının dayandırılmasından üstündür

ABŞ vitse-prezidenti Ağ Evin İslam Respublikası ilə müharibədə prioritetlərini dəyişdiyini bəyan edib. JD Vens Amerikanın bir televiziya kanalı ilə söhbətində deyib ki, neft və benzinin qiymətini amerikalı vətəndaşlar üçün aşağı səviyyədə saxlamaq Donald Trampın administrasiyasının bu müharibədəki birinci prioritetidir, İranın nüvə silahına çatmasının qarşısını almaq isə növbəti yerdə dayanır.

Vens bu açıqlamanı elə vaxt edib ki, fevral ayında müharibənin başlanğıcında İranın nüvə proqramının məhv edilməsi Vaşinqtonun elan olunmuş ən yüksək məqsədi idi. O, ABŞ hökumətinin hər iki məqsədinə nail olacağına əminliyini ifadə edib.