ArazNews
Ana Səhifə / Dünya / Yaponiyanın Baş naziri Sanae Takaiçidən Pezeşkiana: Hörmüz boğazı gəmiçilik üçün ən qısa zamanda yenidən açılsın
Dünya

Yaponiyanın Baş naziri Sanae Takaiçidən Pezeşkiana: Hörmüz boğazı gəmiçilik üçün ən qısa zamanda yenidən açılsın

Yaponiyanın Baş naziri Sanae Takaiçidən Pezeşkiana: Hörmüz boğazı gəmiçilik üçün ən qısa zamanda yenidən açılsın

Yaponiyanın Baş naziri Məsud Pezeşkiandan davam edən danışıqların uğurlu şəkildə başa çatdırılmasını və Hörmüz boğazından gəmilərin hərəkət marşrutunun mümkün qədər tez yenidən açılmasını tələb edib. Sanae Takaiçi bu tələbi İran prezidenti ilə telefon danışığı zamanı səsləndirib; hazırda İran və Oman bu boğazdan gəmilərin keçidi məsələsi ilə bağlı danışıqlar aparır.

Yaponiya həmçinin İrandan Bab əl-Məndəb boğazında gərginliyin azaldılması üçün öz nüfuzundan istifadə etməsini istəyib. Bu boğaz son dövrlər Yəmən husilərilə Səudiyyə Ərəbistanı arasındakı qarşıdurmanın mərkəzinə çevrilib. Takaiçi bu söhbət zamanı regionun iki əsas gəmiçilik marşrutunun sabitliyinin zəruriliyini vurğulayıb.