ArazNews
Ana Səhifə / İran / İranın bir sıra şəhərlərində icbari hicaba görə biznes obyektlərinin plomblanması dalğası davam edir
İran

İranın bir sıra şəhərlərində icbari hicaba görə biznes obyektlərinin plomblanması dalğası davam edir

İranın bir sıra şəhərlərində icbari hicaba görə biznes obyektlərinin plomblanması dalğası davam edir

İranın müxtəlif şəhərlərində icbari hicaba əməl olunmaması bəhanəsilə kafelərin, mağazaların və digər sənaye vahidlərinin plomblanması dalğası davam edir. Son günlər Qainat, Xomeyn, Kirman, Tehran və Ərdəbildə bir sıra sənaye vahidi plomblanıb, Ərdəbildə isə 16 nəfər həbs edilib.

Qainatın Baş Prokurorluğu və İnqilab Prokurorluğunun rəhbəri bildirib ki, bu şəhərdə bir eynək mağazası müştərilərindən və işçilərindən birinin icbari hicaba əməl etməməsinə görə plomblanıb.

Ərdəbildə isə bu şəhərin prokuror müavini üç kafenin plomblanması və 16 nəfərin həbsi barədə məlumat verib. Ərdəbil prokuror müavini Hüseyn Salari bu tədbirin səbəblərini "qumar oyunlarının təşkili, normaların pozulması, əxlaqsızlığın yayılması və İslami dəyərlərə əməl olunmaması" kimi izah edib.

Həbs edilənlərin kimliyi, saxlanma yeri və onlara qarşı irəli sürülən dəqiq ittihamlar açıqlanmayıb.

Bu tədbirlər davam edərkən, "İffət və hicab mədəniyyətinin təbliği yolu ilə ailənin dəstəklənməsi" adlanan qanunun tətbiqi Ali Milli Təhlükəsizlik Şurasının göstərişi ilə 2024-cü ilin noyabr ayından dayandırılıb.

Bu qanunun icrası dayandırılsa da, qadınlara qarşı təzyiqlər, SMS göndərilməsi, məhkəmə işlərinin açılması və icbari hicaba görə biznes obyektlərinin plomblanması dayanmayıb.