Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bir F-16 döyüş təyyarəsi təlim uçuşu zamanı Yalova vilayətində qəzaya uğrayıb. Təyyarənin pilotu təkan (kataput) oturacağından istifadə edərək təyyarəni tərk edib və sağ qalıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi bəyanatla bu hadisə barədə məlumat verib və bildirib ki, qəzanın dəqiq səbəbi texniki və ekspert araşdırmalarından sonra müəyyən ediləcək.