ArazNews
Ana Səhifə / Dünya / Heç kimin gözləmədiyi mərasim: Ronaldo və Corcina gizli evləndi
Dünya

Heç kimin gözləmədiyi mərasim: Ronaldo və Corcina gizli evləndi

Heç kimin gözləmədiyi mərasim: Ronaldo və Corcina gizli evləndi

Kristianu Ronaldu və Corcina Rodriges təxminən on illik birgə həyatdan sonra çərşənbə günü, 11 avqustda Portuqaliyanın Kaşkayş şəhərində keçirilən şəxsi mərasimdə rəsmən evləniblər. Ronaldunun menecmenti də bu mərasimin keçirildiyini təsdiqləyib.

Euronews-a istinadən, mərasim mülki xarakter daşıyıb və çox məhdud sayda qonağın, o cümlədən ailənin beş övladının iştirakı ilə keçirilib. Fərziyyələrin əksinə olaraq, təntənəli bir şənlik və məşhur qonaqların uzun siyahısı olmayıb.

Ronaldu və Corcina mərasimdən sonra əllərinin və nikah üzüklərinin şəklini paylaşaraq qısa «CG» ifadəsi ilə evliliklərini açıqlayıblar. Maraqlıdır ki, mərasim cütlüyün nişan xəbərinin elan olunmasından düz bir il sonra keçirilib.