ArazNews
Ana Səhifə / Dünya / Vensin Zelenskiyə birbaşa müraciəti ilə; Ukrayna Qazaxıstan marşrutu neft tankerlərinə hücumları dayandırdı
Dünya

Vensin Zelenskiyə birbaşa müraciəti ilə; Ukrayna Qazaxıstan marşrutu neft tankerlərinə hücumları dayandırdı

Vensin Zelenskiyə birbaşa müraciəti ilə; Ukrayna Qazaxıstan marşrutu neft tankerlərinə hücumları dayandırdı

Ukrayna ABŞ vitse-prezidenti Ceydi Vensin birbaşa müraciətindən sonra Rusiyanın Novorossiysk limanındakı Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) obyektlərindən istifadə edən neft tankerlərinə pilotsuz uçuş aparatları ilə hücumlarını dayandırıb.

"Financial Times"ın Kiyevdəki baş müxbiri Kristofer Millerin sözlərinə görə, Vens bu tələbi Volodimir Zelenski ilə telefon danışığında irəli sürüb.

Vaşinqton hücumların davam etməsinin Qazaxıstanın CPC marşrutu ilə neft ixracatına xələl gətirməsindən, ABŞ şirkətlərinin mənafelərinə zərər vurmasından və qlobal neft bazarına əlavə təzyiq yaratmasından narahat idi.

CPC boru kəməri Qazaxıstan neftinin dünya bazarlarına nəql edilməsində ən mühüm marşrutlardan biridir.