ArazNews
Ana Səhifə / Dünya / Aselsan: Göksur hava hücumundan müdafiə sistemi hədəfi tam zərbə ilə məhv edib
Dünya

Aselsan: Göksur hava hücumundan müdafiə sistemi hədəfi tam zərbə ilə məhv edib

Aselsan: Göksur hava hücumundan müdafiə sistemi hədəfi tam zərbə ilə məhv edib

Türkiyənin müdafiə şirkəti Aselsan yaxın mənzilli Göksur hava hücumundan müdafiə sisteminin sınağına dair yeni görüntülər yayıb. Görüntülərdə sistem hədəfi tam zərbə ilə məhv edir. Sınağa əsasən, Göksur alçaq hündürlükdə və dəniz səthinə yaxın uçan hədəfləri vurmaq üçün nəzərdə tutulub.

Şirkət Göksuru Türkiyənin dəniz platformalarının müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində bir addım kimi təqdim edib və onu ölkənin hərbi dəniz donanmasının caydırıcılığı üçün həlledici bir imkan kimi qeyd edib.