İran Məclisinin sədri Məhəmmədbaqir Qalibaf 22 sentyabr, çərşənbə axşamı «İran-İraq müharibəsi» muzeyində bəyan edib ki, İslam Respublikası bu gün «heç bir məhdudiyyət olmadan nöqtəvurma qabiliyyətli ballistik raketlərini bir neçə min kilometr o tərəfə ata bilər».
Məclis sədri deyib: «Özünəinam, silah sahəsində özünütəminetmə və milli birlik, İran-İraq müharibəsinin nəticəsidir.»
Məhəmmədbaqir Qalibaf həmçinin əlavə edib: «Tramp bilməlidir ki, öz gücünü İran xalqına və silahlı qüvvələrə qəbul etdirə bilməz.»
O, sözlərinə davam edərək deyib: «Düşmən bilsin ki, danışıqlar da bir mübarizə meydanıdır; diplomatiya təslim olmaq deyil, meydandakı gücü siyasi nailiyyətə çevirməkdir.»