ArazNews
Ana Səhifə / İran / İran prezidenti çərşənbə axşamı Nyu-Yorka yola düşəcək
İran

İran prezidenti çərşənbə axşamı Nyu-Yorka yola düşəcək

İran prezidenti çərşənbə axşamı Nyu-Yorka yola düşəcək

İran rejiminin hökumət başçısı Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün çərşənbə axşamı Nyu-Yorka yola düşəcək.

Prezident dəftəri ictimaiyyətlə əlaqələr baş idarəsinin rəhbəri Həbibullah Abbasi bazar ertəsi İRNA xəbər agentliyi ilə söhbətində Pezeşkianın sabah Nyu-Yorka yola düşəcəyini bildirib.

ABŞ Dövlət Departamenti 17 sentyabr tarixində İran rejiminin əsas nümayəndə heyətinin Baş Assambleyada iştirak etmək üçün vizasını təsdiqləmişdi.

Nazirliyin sözçüsü bildirib: "ABŞ-ın ev sahibi ölkə kimi öhdəliklərinə uyğun olaraq, İran rejiminin əsas nümayəndə heyətinə BMT Baş Assambleyasının yüksək səviyyəli iclasında iştirak etməyə icazə veriləcək".

ABŞ prezidenti Donald Tramp bazar günü Fox News-a verdiyi müsahibədə Baş Assambleya kənarında Pezeşkianla görüşməyə "ehtimal ki" hazır olduğunu deyib.

Bu səfər elə bir vaxtda baş verir ki, Qətər Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, qətərli vasitəçilər tərəflər arasında danışıqların yenidən başlaması üçün ABŞ və İran rejimi arasında təkliflər ötürürlər.