İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü iddia edib ki, Tehran ABŞ-ın dəniz blokadasına son qoymaq üçün yalnız diplomatiya ilə kifayətlənməyəcək, çünki bu blokadanı "diplomatik addım" hesab etmir. İsmail Bəqai mətbuat konfransında deyib ki, onun "ABŞ-ın şərarəti" adlandırdığı hərəkətlərə "iqtidar və hərbi güclə, diplomatiyanın müşayiəti ilə" qarşı çıxılması zəruridir.
Onun sözlərinə görə, ABŞ-ın dəniz blokadası İranla bir anlaşma memorandumu imzalandıqdan sonra qaldırılmışdı, lakin Hörmüz boğazında bir neçə gəminin hədəf alınmasından və ABŞ-ın İrana hücumundan sonra bu razılaşma faktiki olaraq dağılıb. Bəqai əlavə edib ki, Hörmüz boğazında hərəkət marşrutunun müəyyənləşdirilməsi üçün Ománla aparılan danışıqlar razılaşmaya yaxınlaşıb, baxmayaraq ki, bu, boğazın tam açılması demək deyil.