ArazNews
Ana Səhifə / Azərbaycan / ANAMA: Qarabağın azad edilmiş ərazilərində 1581 hektar sahə minalardan təmizlənib
Azərbaycan

ANAMA: Qarabağın azad edilmiş ərazilərində 1581 hektar sahə minalardan təmizlənib

ANAMA: Qarabağın azad edilmiş ərazilərində 1581 hektar sahə minalardan təmizlənib

Qarabağın azad edilmiş ərazilərində minatəmizləmə qrupları bir həftə ərzində 1581 hektar torpaq sahəsini minalardan və partlamamış hərbi sursatdan təmizləyiblər. ANAMA-nın həftəlik hesabatına əsasən, bu əməliyyat avqustun 3-dən 9-dək bir neçə rayonda və Xankəndi şəhərində aparılıb və bu müddət ərzində 87 piyadaya qarşı mina, 20 tanka qarşı mina və 784 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Təmizləmə əməliyyatları Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl, Qazax və Zəngilan rayonlarında, habelə Xankəndi şəhərində həyata keçirilib.