Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsud Pezeşkiana İran haqqında dediyi sözlərə görə minnətdarlığını bildirib. O yazıb ki, Azərbaycan və İran xalqları həmişə çətin günlərdə bir-birinin yanında olub.
Əliyev əlavə edib ki, regionda baş vermiş son hadisələrdən sonra Azərbaycan bir daha göstərdi ki, İran xalqının yanındadır.
Pezeşkian dünən bildirmişdi ki, Azərbaycan müharibə zamanı bütün imkanlarını İranın ixtiyarına verib. Onun sözlərinə görə, İran Azərbaycan tərəfindən heç bir zərər görməyib və Bakı Tehrana kömək üçün əlindən gələn bütün səyi göstərib.